“Rusiya dayanana qədər” dayanmayacağıq...

594 29-04-2022, 12:04 dunya

“Rusiya dayanana qədər” dayanmayacağıq...ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Rusiyaya qarşı tətbiq eilən sanksiyalarının ləğvi şərtlərini açıqlayıb.

Xeberdar.net xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Beləliklə, Blinkenin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması üçün ən azı ruslardan Ukraynadakı hərbi əməliyyatların dayandırılması tələb olunacaq: “Sanksiyalarla bağlı istənilən addım ən azı belə bir şey tələb edəcək”. Bunu Dövlət Departamentinin rəhbəri deyib.

Maraqlıdır ki, Blinkenə bu məqsədə çatmaq üçün Rusiya tərəfinin Ukraynada olan qoşunlarının tamamilə çıxarmasına ehtiyac olub-olmadığı da soruşulub.

Qeyd edilməlidir ki, Blinken bu suala birbaşa cavab verməkdən imtina edib.

O da maraqlıdır ki, bundan əvvəl Rusiyaya qarşı yeni sanksiyaların istiqamətləri barədə danışan ABŞ dövlət katibi Vaşinqtonun Moskvaya təzyiq göstərməsi üçün Rusiya iqtisadiyyatının digər, əlavə sektorlarına da diqqət yetirəcəyini bildirmişdi.

O, həmçinin məhdudiyyətlər tətbiqinin “Rusiya dayanana qədər” dayanmayacağını da bildirib


Xeberdar.net

XƏBƏR LENTİ