BDU-nun tələbələrini maşın vurdu

BDU-nun tələbələrini maşın vurduBakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

Xeberdar.net APA-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində baş verib.

2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub. Ağır xəsarət alan yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan hər üç şəxs Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Xeberdar.net

BDU-nun tələbələrini maşın vurdu

  • 19-05-2022, 10:31
  • 1 302


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI