Ukraynanın müdafiə naziri Kiyev üçün əsas təhlükəni açıqlayıb

456 24-08-2022, 09:19 dunya

Ukraynanın müdafiə naziri Kiyev üçün əsas təhlükəni açıqlayıbUkrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov bildirib ki, o, dünya ictimaiyyətinin bu ölkədəki münaqişədən yaranan “yorğunluq sindromu"nu əsas təhlükə hesab edir.

"Report" xəbər verir ki, nazir bu barədə CNN telekanalına müsahibəsində bildirib.
"Bunu yorğunluq sindromu adlandırıram və mənim üçün bu, əsas təhlükələrdən biridir", - Reznikov beynəlxalq ictimaiyyətin münaqişədən yorulmağa başlayacağından qorxması ilə bağlı suala cavab verib.

Nazir qeyd edib ki, bu təhlükə ilə işləmək, ünsiyyət qurmaq, insanlardan soruşmaq lazımdır.

Müdafiə naziri bu yorğunluğun Ukrayna üçün çox təhlükəli olduğunu da vurğulayıb.

XƏBƏR LENTİ