Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb - FOTO

550 4-09-2022, 09:19 kriminal

Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb - FOTOTürkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb, saxlanılanlar var Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb - FOTO

XƏBƏR LENTİ