AZƏRBAYCAN HANSI ƏRAZİLƏRƏ NƏZARƏTİ BƏRPA EDİB? - Erməni nəşri açıqladı (SİYAHI)

458 15-09-2022, 20:06 cemiyyet

AZƏRBAYCAN HANSI ƏRAZİLƏRƏ NƏZARƏTİ BƏRPA EDİB? - Erməni nəşri açıqladı (SİYAHI)Ermənistanın "Hayaliq" nəşri açıq mənbələrin monitorinqinə istinadən yazır ki, Azərbaycan Ordusu 12 sentyabrdan sonra qeyd olunan istiqamətlər üzrə nəzarəti bərpa edib:

1. Geqarkunik (Göyçə mahalı) bölgəsində 25 kv.km;

2. Axpradzor (Yuxarı Zağalı) istiqamətində 4,5 km irəliləyərək Xorapor dağına (2906 metr) çatıb;

3. Verin Şorja (Yuxarı Şorca) istiqamətində 8 km. irəliləyərək, Çermakakar (2747 metr), Uxtasar (2851 metr) və 2484 metr adsız yüksəkliklərə nəzarəti bərpa edib;

4. Norabak (Əzizli) istiqamətində 7 km irəliləyərək 2338,6 metr hündürlüyü olan adsız yüksəkliyə nəzarəti bərpa edib.

Nəşr iddia edir ki, son 2 ildə Azərbaycan Ordusu Ermənistan ərazisinin ümumilikdə 150 km²-ə yaxınını, yəni 15 min hektarlıq ərazini öz nəzarətinə götürüb./"AzPolitika.info"

XƏBƏR LENTİ