Azərbaycan avtomobil idxalını 13 % azaldıb

453 16-09-2022, 10:22 cemiyyet

Azərbaycan avtomobil idxalını 13 % azaldıbBu ilin yanvar-avqust aylarında Azərbaycana 658 milyon ABŞ dolları dəyərində 49 245 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Xeberdar.net Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,1 % çox və 12,6 % azdır.

İlk 8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 dəfə artaraq 329 ədəd (45,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,3 % azalaraq 45 519 ədəd (521,6 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 8 210-i (91,9 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 267-sı (9 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 13,5 %, ikincinin isə 4,9 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 12,9 % azalaraq 3 202 ədəd (66,3 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,6 dəfə artaraq 195 ədəd (24,3 milyon ABŞ dolları dəyərində) olub.

XƏBƏR LENTİ