Türk dövlətləri arasında gömrük sazişi imzalanacaq

Türk dövlətləri arasında gömrük sazişi imzalanacaq"Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik".

Bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

"Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir", - deyə o, qeyd edib.

Bundan başqa, qonağın sözlərinə görə, türk ölkələri arasında Azad Ticarət Rejiminin yaradılmasına hazırlıq gedir: "Hazırda buna çalışırıq. Avropa İttifaqı bu prosesdən uzun illər əvvəl keçib. Əminəm ki, biz də buna gələcəkdə nail olacağıq", - deyə B.Amreyev əlavə edib.

Xeberdar.net

Türk dövlətləri arasında gömrük sazişi imzalanacaq

  • 16-09-2022, 12:45
  • 307


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI