Son sutkada 63 nəfər saxlanılıb

454 21-09-2022, 14:39 cemiyyet

Son sutkada 63 nəfər saxlanılıbÖlkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub

Sentyabrın 20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarılan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

XƏBƏR LENTİ