Azərbaycanda mövsümi vergilər tətbiq oluna bilər

532 23-09-2022, 12:52 cemiyyet

Azərbaycanda mövsümi vergilər tətbiq oluna bilərİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mövsümi fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri edilməsini, başqa sözlə mövsümi vergilərin tətbiq olunması imkanlarını nəzərdən keçirir.

Bunu qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Mövsümi fəaliyyət göstərən vergi ödəyicilərini müəyyən edərkən onların ödədiyi vergilərin məbləği nəzərə alınmalıdır", - o deyib.

Xatırladaq ki, Azərbaycanda mövsümi vergilərin tətbiq olunması təklifi ilə deputat İqbal Məmmədov çıxış edib.

XƏBƏR LENTİ