Bakıda kişi sevgilisini döyüb 500 manatını aldı

323 22-10-2022, 12:13 cemiyyet

Bakıda kişi sevgilisini döyüb 500 manatını aldıBakıda quldurluq hadisəsi baş verib.

Gecə saat 01 radələrində Binə qəsəbəsində yerləşən kafedə Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü C.Novruzov qeyri-rəsmi nikah münasibətində yaşadığı U.Süleymanovanı döyüb. O, qadının üzərində olan 500 manat pulu götürərək hadisə yerindən uzaqlaşıb.

İnsidentlə bağlı polisə müraciət edildikdən sonra C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.