Ərdoğan terrorçuları dəstəkləyənlərə xəbərdarlıq edib

324 22-11-2022, 16:30 dunya

Ərdoğan terrorçuları dəstəkləyənlərə xəbərdarlıq edib“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.

Xeberdar.net məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edərək buna cavab verib: “Terrorçular bu dəfə də svil insanlarımızı hədəf aldılar. 4 yaşındakı körpəmiz, 22 yaşlı müəllimimiz şəhid oldu”.

Ərdoğan bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.

Türkiyə lideri həmçinin quru əməliyyatlarının anonsunu verib: “Ən qısa zamanda tankımızla, əsgərlərimizlə bütün terrorçuları məhv edəcəyik”.

XƏBƏR LENTİ