Ermənistanda yanvarın 1-dən suyun qiyməti qalxacaq

Ermənistanda yanvarın 1-dən suyun qiyməti qalxacaqErmənistanda 2023-ci il yanvarın 1-dən suyun bir kubmetrinin orta hesabla 8,419 dram (0,04 manat) qalxaraq 208,419 dram (0,90 manat) təşkil edəcək.

Xeberdar.net “Novosti Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası yayıb.

Bildirilib ki, Komissiya Ermənistan ərazisində su təchizatı üzrə “Veoliya Cur” Qapalı Səhmdar Cəmiyyətinin ərizəsini təsdiqləyib.

Məlumata görə, yüz minə yaxın aztəminatlı ailələrə bir kubmetr su 180 drama satılacaq. Qalan təbəqədən olan əhaliyə suyun bir kubmetrinin qiyməti 200,47 dramdan 208,419 dramadək qalxacaq.

Vurğulanıb ki, “Veoliya Cur” Fransanın “Veolia Generale des Eaux” şirkətinin törəməsidir. Bu şirkət 2016-2031-ci illərdə Ermənistanın paytaxtı İrəvanın və bir sıra bölgələrin başlıca su təchizatı operatorudur.


Xeberdar.net

Ermənistanda yanvarın 1-dən suyun qiyməti qalxacaq

  • 29-11-2022, 15:07
  • 149


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI