Rus ordusuna ağır zərbə – Hədəflər məhv edildi

180 6-01-2023, 13:26 dunya

Rus ordusuna ağır zərbə – Hədəflər məhv edildiUkrayna aviasiyası düşmənin cəmləşdiyi əraziləri bombalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində deyilib.

Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində Rusiyanın zenit-raket komplekslərinin mövqelərinə üç, düşmənin cəmləşdiyi ərazilərə ümumilikdə isə 15 dəfə zərbə endirib”.

Qeyd edilir ki, Ukrayna raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi iki ərazini məhv edib.

Xatırladaq ki, yanvarın 5-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ruslara məxsus Mi-8 helikopterini və Su-25 təyyarəsini vurması barədə məlumat verib.

XƏBƏR LENTİ