"Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək" - Amerikalı ekspert

180 15-03-2023, 18:29 cemiyyet

"Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək" - Amerikalı ekspert"Sülh əlbəttə ki, Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək".

Bunu ABŞ-ın ən iri beyin mərkəzlərindən biri olan Hadsın İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru və İnstitutun baş elmi işçisi Maykl Doranın "Report"un yerli bürosuna müsahibəsində deyib.
Ətraflı
Ekspert bildirib ki, Paşinyan İkinci Qarabağ müharibəsinin sonunda əldə olunan razılaşmaları həyata keçirməlidir:

"Zəngəzur dəhlizi açılmalı, bölgədə qanunsuz mədən işlərinə, Azərbaycanın sərvətlərinin qeyri-qanuni istismarına son qoyulmalı, insanların ölümünə səbəb olan minaların basdırılması dayandırılmalıdır. Bunlarla yanaşı, sərhədlər demarkasiya edilməlidir".

"Sülh əlbəttə ki, Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək. Mən əminəm ki, Paşinyan bu faktı dərk edir. Ancaq təəssüf ki, o, öz ölkəsində öz maraqlarından çox sülhün tanınması ilə bağlı qərarlı hərəkət etmək gücünə malik deyil. Onun ölkəsində və kənarda sülh istəməyən çoxlu qüvvələr var. Ermənistanın qonşularından biri olan Rusiya və İranın müttəfiqliyindən əmin deyiləm və düşünmürəm ki, onlar bölgədə sülh istəyirlər. Yenə də, Ağ Evin və Dövlət Departamentinin bölgədə sülhün bərqərar olunması ilə maraqlanması yaxşı haldır", - Maykl Doran qeyd edib.

XƏBƏR LENTİ