Zelenski əks-hücumdan danışdı

136 2-06-2023, 19:13 dunya

Bizim üçün vacib olan odur ki, Rusiya əks-hücumu görsün və nəticələrini hiss etsin.

Xeberdar.net-in məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“Bu, film deyil, sizin əks-hücumu necə gördüyünüzü demək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görsün, nəinki görsün, həm də hiss etsin. Əks-hücumun hədəfi Ukrayna torpaqlarının işğaldan azad edilməsidir. O zaman cəmiyyət anlayacaq ki, əks-hücum əməliyyatı başlayıb”, - deyə dövlət başçısı bildirib.

XƏBƏR LENTİ