Əgər Kosova AB üzvü olmaq istəyirsə... - ABŞ

264 8-06-2023, 10:16 dunya

Əgər Kosova AB üzvü olmaq istəyirsə... - ABŞKosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təşkil etdiyi ərazilərdən geri çəkməli, sonra isə serblərin iştirak edəcəyi yeni bələdiyyə seçkiləri keçirməlidir.

Xeberdar.net-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar bildirib.

O qeyd edib ki, Priştina Avropa Birliyi və Şimali Atlantika Alyansına doğru irəliləmək niyyətindədirsə, bu addımı atmalıdır:

“Əgər Kosova Avro-Atlantik inteqrasiyaya doğru irəliləmək istəyirsə, serb bələdiyyələrinin birliyini yaratmalı olacaq”.