ABŞ-də tornado 4 nəfərin həyatına son qoyub

219 17-06-2023, 09:53 dunya

ABŞ-də tornado 4 nəfərin həyatına son qoyubYaxın günlərdə Texas və Luiziana ştatlarında tornado təhlükəsi davam edəcək

ABŞ-nin Texas və Florida ştatlarında tornado olub. Xeberdar.net-in məlumatına görə, bu barədə CNN kanalı məlumat yayıb.

Texasın şimalındakı Perriton şəhəri ən çox zərər çəkib.

Burada 3 nəfər ölüb, daha biri itkin düşüb. 75-ə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə ev dağılıb.

Florida ştatının Escambia qraflığında növbəti tornado nəticəsində daha bir nəfər ölüb. ABŞ-nin cənub-şərqində 400 min ev elektriksiz qalıb.

Yaxın günlərdə Texas və Luiziana ştatlarında tornado təhlükəsi davam edəcək.

ABŞ-ın cənubunda bu həftə isti dalğası yaşanır, bəzi ərazilərdə temperaturun 40 dərəcə Selsi və daha yüksək olması tornadoların əmələ gəlməsinə səbəb olur.