Moskvaya PUA hücumu edildi

228 21-06-2023, 12:14 dunya

Moskvaya PUA hücumu edildi09:19

Rusiyanın Teleqram kanalları Yeni Moskva və Moskva vilayətində üç pilotsuz təyyarənin vurulması barədə məlumat yayıb.

Xeberdar.net-in məlumatına görə, “Baza” kanalı ilk pilotsuz təyyarənin Yeni Moskvanın Lukino kəndinin səmasında partladığını yazıb.

Daha iki pilotsuz təyyarə Moskva yaxınlığındakı Naro-Fominsk bölgəsinə düşüb. “Mash” Teleqram kanalı qeyd edib ki, hadisə yerli vaxtla səhər saat 5:30-da, Kalinets kəndi yaxınlığında baş verib.

Yerli sakinlər təxminən beş dəqiqəlik fasilə ilə iki partlayış eşidiblər. PUA-lar yaxınlıqdakı 15-ci motoatıcı alaya hücum edirmiş. Hər iki PUA vurulub, onların fraqmentləri ekspertizaya göndərilib.

Xəbəri Moskva vilayətinin rəhbəri Andrey Vorobyov təsdiqləyib və PUA-ların hərbi hissənin anbarına düşdüyünü bildirib.

“Qalıqlar tapılıb, dağıntı və zərərçəkən olmayıb. Xüsusi xidmət orqanları işləyir, yoxlama aparılır, ərazi hazırda mühasirəyə alınıb. Sakinlərdən sakit olmalarını xahiş edirəm”, - o, Teleqram kanalında yazıb.

XƏBƏR LENTİ