Qobustan rayonu Cəmcəmli kəndinə yol çəkilir - FOTOLAR
Qobustanda son illər yeni yolların çəkilməsi, şəhər və kəndlərdə küçədaxili, kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.
Xeberdar.net xəbər verir ki,ötən aydan başlayaraq Cəmcəmli kənd yolunun əsaslı təmir olunur və artıq kəndi rayon mərkəzi ilə birləşdirən yola asfalt örtüyünün çəkilməsinə başlanılıb.
Bu gün Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Cəmcəmli kəndində olub, yolun asfaltlanması ilə bağlı görülən işlərlə tanış olub.
Uzunluğu 8 km təşkil edən yol, Qobustan Rayon İcra Hakimiyyətinin sifarişi ilə "Aztimont" şirkəti tərəfindən çəkilir.
Rayon İcra Hakimiyyəti başçısına görülən işlərlə bağlı məlumat verilib.
Sonda Adil Məmmədov yolun çəkilməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.
Yolun çəkilməsi kənd sakinləri tərəfindən sevinclə qarşılanıb. Onlar Ölkə başçısı İlham Əliyevə, Rayon rəhbərliyinə və əziyyəti keçən hər kəsə öz minnətdarlıqlarıni bildiriblər.
Kənd Ağsaqqalı Qüdrət Əzizov, kənd sakinləri və Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov xatirə şəkli çəkdirib.
Məlumat üçün bildirək ki, Sovetlər birliyi dönəmindən Cəmcəmli kəndinin yoluna asfalt çəkilməmişdi.
Mirzə Mirzəli
Xəbərdar.net