İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü

15 Bu gün, 13:58 cemiyyet / hadise

İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldüİki ay əvvəl Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 26 yaşlı kişi xəstəxanada ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 27-də gecə saat 01 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində baş verib.

Yevlax sakini, 1995-ci il təvəllüdlü Kirman Orucov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - 1999-cu il təvəllüdlü Ramiz Musayev və 2006-cı il təvəllüdlü Malik Zamanov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R.Musayev oktyabrın 15-i xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.