Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir
Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib. Xeberdar.net “Bakupost.az”a istinadən m'lumat verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.
Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin motivləri və təfərrüatı araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.
Bakıda güllələnən şəxslərin vəziyyəti açıqlanıb. TƏBİB-dən “Lent.az”a verilən məlumata görə, 16.10.2025-ci il tarixində saat 07:00 radələrində xəsarət alması səbəbi ilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir.
Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.