Neftin qiymətində artım müşahidə olunub
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 0,93 % artaraq 84,15 ABŞ dolları təşkil edib.
Xeberdar.net-in məlumatına görə,dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 80,89 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.