Baba, nənə və nəvələri qəzaya düşdülər: ölən var

244 23-07-2023, 21:33 cemiyyet

Baba, nənə və nəvələri qəzaya düşdülər: ölən var14:54

Yevlaxda iki avtomobil toqquşub, ölən var.

Xeberdar.net-in Report-a istinadla məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobil VAZ markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində bir qadın dünyasını dəyişib, daha bir nəfər xəsarət alıb.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda avtomobil qəzasında qadın ölüb, həyat yoldaşı xəsarət alıb.

Məlumata görə, "Toyota Prius" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü- Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Cəbrayıl Məmmədov xəsarət alıb. Onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Xatirə Məmmədova isə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı VAZ-da sürücünün 3 nəvəsi də olub. Onlar xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.