Ağdamda yanğın: 3 nəfər tüstüdən zəhərlənib

307 6-08-2023, 16:50 hadise

Ağdamda yanğın: 3 nəfər tüstüdən zəhərlənib78 ton ot bağlamasının 41 tonu yanıb

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Xeberdar.net-ə verilən məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.