Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə...

220 28-08-2023, 20:13 cemiyyet

Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə...Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə sənəd qəbulu davam edir. Sənəd qəbulu prosesi avqustun 31-də saat 18.00-da yekunlaşacaq.

Xeberdar.net-in məlumatına görə, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, əlavə təhsil almaq istəyən şəxslər portal.edu.az vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (012) 539-06-86 telefon nömrəsi və td_elavetehsil@bsu.edu.az mail ünvanı ilə əlaqə saxlamaq olar.