Füzulidə düşmən təxribatının qarşısı alındı

219 10-09-2023, 10:58 cemiyyet

Füzulidə düşmən təxribatının qarşısı alındıSentyabrın 9-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə Xeberdar.net-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.