Zaqatalada yol qəzasında piyada öldü

157 22-09-2023, 23:32 hadise

Zaqatalada yol qəzasında piyada öldüZaqatala rayonunda baş verən yol qəzasında piyada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Xeberdar.net-ə verilən məlumata görə, sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi VAZ-2109 markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ