Daşkənd hava limanında güclü partlayış baş verdi

105 28-09-2023, 11:55 cemiyyet / hadise

Daşkənd hava limanında güclü partlayış baş verdiÖzbəkistanın paytaxtı Daşkənddə yerləşən hava limanının gömrük anbarı ərazisində güclü partlayış baş verib.

Xeberdar.net-in məlumatına görə, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, partlayış hadisə baş verən yerdən 30 kilometr aralıda hiss olunub. Zərərçəkmişlər xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 16 yanğınsöndürmə və xilasetmə briqadası cəlb olunub.

İlkin ehtimala görə, yanğın anbara ildırım düşməsi nəticəsində baş verib.

XƏBƏR LENTİ