İspaniyanın cənub-şərqində yerləşən gecə klublarından birində baş verən yanğında 13 nəfər ölüb.
Xeberdar.net-in məlumatına görə, bu barədə yerli media məlumat yayıb.
Yanğının gecə klubundakı işıq lampalarının birində yaranan qısaqapanmadan başladığı ehtimal edilir.
Mursiyada baş verən faciəli hadisə ilə əlaqədar 3 günlük matəm elan edilib.