Tərtər sakini minaya düşərək həlak olub

229 6-10-2023, 19:59 hadise

Tərtər sakini minaya düşərək həlak olubBaş Prokurorluq Tərtər sakininin minaya düşməsi barədə məlumat yayıb

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Xeberdar.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yaquar Hadıyev daha öncə də minaya düşüb. Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

XƏBƏR LENTİ