Rusiya hərbi texnikanı Qarabağdan çıxarmasının “səbəbi”ni açıqladı

150 1-11-2023, 09:42 cemiyyet / bolge

Rusiya hərbi texnikanı Qarabağdan çıxarmasının “səbəbi”ni açıqladıRusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyasının başa çatdığına dair məlumat yayıb.

Tribunainfo.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda həmçinin sülhməramlı kontingentin sərəncamında olan hərbi texnikanın təmir üçün Rusiyaya göndərildiyi qeyd edilir.

“Sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyası, habelə silah və hərbi texnikanın planlı təmir üçün Rusiya Federasiyasına göndərilməsi başa çatır” – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Qarabağdan çıxarılaraq Rusiyaya aparılan hərbi texnikanın hərəkətini əks etdirən videogörüntülər yayılır.

XƏBƏR LENTİ