Xaçmazda zəncirvari qəza: yaralılar var

76 7-01-2024, 20:38 hadise

Xaçmazda zəncirvari qəza: yaralılar varXaçmazda zəncirvari avtomobil qəzası baş verib.

Xeberdar.net-in məlumatına görə, qəza zamanı iki nəfər xəsarət alıb.

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində VAZ 2107 və "Mersedes" markalı avtomobillər toqquşub. Qəzaya uğrayan VAZ 2107 sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb.

Hadisə zamanı xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ