Nazir: "Mina xəritələri çox həssas məqamdır"

61 27-01-2024, 14:21 cemiyyet

Nazir: "Mina xəritələri çox həssas məqamdır"Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır.

Xeberdar.net report-a istinadən məlumat verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi:
"Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. 480 km uzunluqda, 2 km dərinlikdə 960 kv.km ərazi son 3 il ərzində tamamilə minalanıb".

XƏBƏR LENTİ