“Kamaz”la minik maşını toqquşdu: ölən var

168 30-01-2024, 09:39 hadise

“Kamaz”la minik maşını toqquşdu: ölən varFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən xeberdar.net-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Kamaz” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ