Aİ ölkələri NATO-ya alternativləri müzakirə edirlər

90 19-02-2024, 08:53 dunya

Aİ ölkələri NATO-ya alternativləri müzakirə edirlərAvropa İttifaqına üzv dövlətləri noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində keçmiş Amerika lideri Donald Trampın mümkün qələbəsinə hazırlaşır və Şimali Atlantika Müqaviləsi Təşkilatına alternativ kimi xidmət edə biləcək strukturların yaradılmasını müzakirə edir.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynaya yardımın dayanması və ABŞ seçkilərinin üfüqdə olmasına görə Avropa liderləri, rəsmiləri və diplomatları keçmiş prezident Donald Tramp və onun müttəfiqləri ilə təhlükəsizlik məsələlərini müzakirə etmək zərurətinin yarandığını daha çox dərk edirlər, lakin bu onlara çox çətinliklə başa gəlir.


“Avropa aylardır Amerika siyasətini izləyir, ABŞ prezidenti Cozef Baydenin seçkilərdəki zəifliyindən qıcıqlanır və Donald Trampın transatlantik əlaqələri hədələdiyi günlərə qayıtmaqdan qorxur. Azad dünyanın keçmiş və bəlkə də gələcək lideri Rusiyanın NATO müttəfiqlərinə hücumunu izləyəcəyini deyəndə, ABŞ-ın Avropa və Ukraynaya bağlılığının nədən ibarət ola biləcəyini yenidən düşünməliyik. Ən yaxşısına ümid edirik, amma ən pisinə hazırlaşmalıyıq”, - qəzetə Aİ rəsmilərindən biri qeyd edib.

Vurğulanıb ki, Trampın açıqlamalarından sonrakı günlərdə Aİ rəsmiləri bağlı qapılar arxasında NATO-ya qitəni əhatə edən və ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə birgə işləyəcək, lakin ABŞ-ın zəmanətləri geri alınarsa, etibarlı alternativ kimi xidmət edə biləcək qurumun yaradılmasını müzakirə ediblər.

Nəşrin yazdığına görə, məsləhətləşmələr mübahisələrə səbəb olub: “Fransa və Almaniya hesabları kimin ödəyəcəyi ilə bağlı razılığa gələ bilmirlər. Şərqi Avropa Rusiyadan gələn təhdidlərə cavab vermək üçün Qərbi Avropaya tam etibar etmir. Onların qitədə nüvə qalxanını necə quracaqları bəlli deyil. Və hətta uğur qazansalar belə, ən pis halda Rusiya arsenalından aşağı olacaq”.

XƏBƏR LENTİ