Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir keçirildi

341 13-03-2024, 21:32 cemiyyet

Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir  keçirildi
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə malikdir. Bu dəyərlərin qorunması və təbliği, əlbəttə ki, çox mühüm məsələdir. Bu gün dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir. Bu istiqamətdə martın 13-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir keçirildi.
Əvvəlcə iştirakçılar universitetin Akt zalının foyesində təşkil olunmuş Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi ilə tanış oldular.
Sonra universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək tədbirin mahiyyətindən və milli-mənəvi dəyərlərin qorunması istiqamətində aparılan işlərdən, Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verdi. Milli-mənəvi dəyərlərin xalqın mənəvi sərvəti, mənəvi xəzinəsi olduğunu vurğulayan dosent Elmar Xəlilov bildirdi ki, Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiqliyini tarixi proseslərin bütün dövrlərində nümayiş etdirmişdir. Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğının bariz nümunəsi olaraq ölkəmizdə kəlağayı sənətinin inkişafı diqqət mərkəzindədir. Bu sənətin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmışdır.
Daha sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Muzeyi”nin direktoru və “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsinin rəhbəri, şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, layihəmiz Kəlağayı Muzeyindən başladı, davamı Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Mədən iyyət və İncəsənət Universitetində, Mingəçevir Dövlət Universitetində keçirildi. Bu gün isə Sumqayıt Dövlət Universitetində keçirilir. Tədbirlərin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. Birlik sədri vurğuladı ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur. O, tədbirin ərsəyə gəlməsində əziyyəti olan filologiya fakültəsinin dekanı, dosent Günel Paşayevaya, təşkilatçı b.m Elnarə Əhmədovaya və hər kəsə təşəkkürünü ifadə etdi və kəlağayının Azərbaycanın milli-mənəvi dəyərlərində yeri, tarixi, istehsal ənənələri, naxış növləri haqqında məlumat verdi.
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi.
Qeyd edək ki, 2024-cü il kəlağayımızın UNESCO-ya daxil olmasının, Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində dünya birliyi tərəfindən tanıdılmasının 10 illik yubileyidir. Bu münasibətlə “Anam- kəlağaydı, kəlağay-anam” kitabı nəşr edilib, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı muzeyi” yaradılıb və müxtəlif təhsil ocaqlarında kəlağayımızın təbliği məqsədilə ədəbi-bədii tədbirlər keçirilir. Sumqayıt Dövlət Universitetində keçirilən bu layihənin davamı 18 sentyabrda, Yasamal rayonu, Heydər Əliyev Mərkəzində Yasaman rayonu, MKS-in Natavan adına kitabxananın 4 nömrəli filialı və Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin birgə təşkilatçılığı ilə keçiriləcək.
Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir  keçirildi
Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir  keçirildi
Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir  keçirildi
Sumqayıt Dövlət Universitetində “Sazlı Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində tədbir  keçirildi

XƏBƏR LENTİ