ABŞ bunu etsə, dünya müharibəsi olacaq - Medvedyev

252 26-05-2024, 16:13 dunya

ABŞ bunu etsə, dünya müharibəsi olacaq - MedvedyevABŞ-ın Ukraynada Rusiya qüvvələrini vurması dünya müharibəsinə gətirib çıxaracaq.

Xeberdar.net-in məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Birincisi, yankilər (ABŞ) indiyədək belə bir söz deməyib, çünki onlar polyaklardan daha ehtiyatlıdırlar. İkincisi, ABŞ-ın mövqelərimizə hücumu dünya müharibəsinin başlaması deməkdir və hətta Polşa kimi bir ölkənin xarici işlər naziri bunu başa düşməlidir”, - Medvedyev bildirib.
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Qərb silahları ilə hücumlarına qarşı olmadığını bildirmişdi.

XƏBƏR LENTİ