Yevlaxda dəhşətli qəza - Ölən və xəsarət alanlar var

154 26-05-2024, 16:16 cemiyyet / hadise

Yevlaxda dəhşətli qəza - Ölən və xəsarət alanlar varYevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Xeberdar.net-in məlumatına görə, "VAZ-21011" markalı avtomobil yol kənarında dayanan kiçiktutumlu yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ" markalı avtomobildə olan 1991-ci il təvəllüdlü Sanayidova Bahar Məzahir qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların içərisində 5, 6 və 7 yaşlarında uşaqlar da var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Mənbə/Report

XƏBƏR LENTİ