Gəncədə maşın 4 piyadanı vurdu, biri öldü

69 6-10-2025, 13:38 cemiyyet / hadise

Gəncədə maşın 4 piyadanı vurdu, biri öldüGəncədə yol nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net məlumat verir ki, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qəza nəticəsində ölən şəxsin 1959-cü il təvəllüdlü Q.Səfərova olduğu bildirilir.

Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü İ.Məmmədova, 2008-ci il təvəllüdlü P.Məmmədova, 2024-cü il N.Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.