Göyçayda minik maşını kanala aşıb.
Xeberdar.net məlumat verir ki, hadisə bu gün rayonun Dövranlı kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb.
Sürücü 1965-ci il təvəllüdlü Habil Talıbovun meyiti sudan çıxarılıb.
Araşdırma aparılır.