Bakıda restoranda yanğın başlayıb.
Xeberdar.net APA-ya istinadən məlumat verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, "112" qaynar xəttinə yanğınla əlaqədar çağırış daxil olub. Məlumatla əlaqədar hadisə yerinə Dövlət Yanğınla Mühafizə Xidmətinin əməkdaşları cəlb ediliblər.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.