Bakıda küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölüb

14 Bu gün, 11:52 hadise

Bakıda küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölübBakıda güclü küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə fevralın 4-də saat 15 radələrində Xətai rayonunda baş verib.

Güclü külək nəticəsində Zeytun küçəsindəki hasar Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rüfət Qasımovun üzərinə aşıb və R. Qasımov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ