Sabunçuda qətl: 46 yaşlı kişi öldürülüb

13 Bu gün, 17:57 hadise

Sabunçuda qətl: 46 yaşlı kişi öldürülübHadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan Xeberdar.net-ə verilən məlumata görə, martın 3-də paytaxtın Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

XƏBƏR LENTİ