Şamaxı rayonunun Quşçu kəndində 39 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə aprelin 14-ü axşam saatlarında rayonun Quşçu kəndindəki fərdi yaşayış evində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Həmidov evdə tək yaşayıb.
Məlumata görə, evdə quraşdırılan qaz sobası yanılı vəziyyətdə qalıb və otağa dəm qazı sızıb. Nəticədə kişi yatdığı yerdə boğularaq ölüb.
Onun meyiti bir gün sonra qonşular tərəfindən evdə aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Oxu.az/