İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib

815 3-01-2018, 09:55 dunya / gundem

İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib
ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ə.Şamhani, ümumilikdə, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal adlandırıb.

“Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”, – deyə admiral əlavə edib.

O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada münaqişənin nizamlanması üçün bütün səyləri göstərdiyini xatırladıb.

Xeberdar.net

XƏBƏR LENTİ