YENİ ABŞ SİLAHLARI RUSLARA NƏ VƏD EDİR? – Ukrayna ordusu böyük may hücumunun qarşısını almağa hazırlaşır

511 1-05-2024, 09:20 dunya

YENİ ABŞ SİLAHLARI RUSLARA NƏ VƏD EDİR? – Ukrayna ordusu böyük may hücumunun qarşısını almağa hazırlaşırHazırda Ukraynanın qarşısında dayanan təxirəsalınmaz məsələ Rusiyanın cəbhə boyu davam edən intensiv hücumlarını durdurmaqdan ibarətdir. Bunun üçün Ukrayna ordusu təcili surətdə müvafiq silahlarla təchiz edilməlidir. Cəbhə xəttinin sabitləşdirilməsi üçün ABŞ-dən hansı növ silahların göndərilməsi xüsusi önəm daşıyır. Ukraynanın əks-zərbə həmlələri isə sonrakı mərhələnin prioritetidir.

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalı Amerika silahlarının cəbhədəki vəziyyətə necə təsir edəcəyilə bağlı maraqlı məqalə dərc edib.

Həmin yazını təqdim edirik: ”Bir neçə gün öncə Pentaqon rəsmisi Patrik Rayder brifinqdə deyib ki, ABŞ Ukraynaya yeni hərbi yardım zərfi çərçivəsində silahların bir qisminin göndərilməsi prosesinə başlayıb. Onun dediyinə görə, ilk tədarük bir neçə gün ərzində həytata keçiriləcək. Güman etmək olar ki, bəzi silahlar artıq Ukraynadadır. Konkret hansı silahların gəlməsi məxfi saxlanılır. Amerikan generalının sözlərinə görə, müxtəlif silah növlərinin ayr-ayrı çatdırılma vaxtı var, amma çox vacib silahlar və mərmilərin göndərilməsi üzərində fəal iş gedir. ABŞ-nin Ukraynaya ilk növbədə hansı silahları yollayacağı maraq doğurur.

Amerkan silahları hara yönəldiləcək?


Çox böyük ehtimalla, Amerikan silahları müdafiənin ən qaynar istiqamətlətinə göndəriləcək. Bu rayonlar Çasov Yar, Avdeyevka ətrafı, Terni yaşayış məntəqəsi(Donetsk vilayəti), Marinka və Uqledar arasındakı xəttdir. Avdeyevka istiqamətindəki hadisələr xüsusilə diqqət mərkəzindədir. Yumşaq desək, oradakı vəziyyət çox mürəkkəbdir. Rusiya ordusu Oçeretino yaşayış məntəqəsinə daxil olub və buardan yol birbaşa Pokrovska gedir.

İşğalçıların hərəkətindən görünür ki, onlar bu istiqamətdə hücumları davam etdirmək niyyətindədirlər. Beləliklə, onlar Ukrayna müdafiə xəttini şimaldan keçirlər. Hazırda Rusiya ordusu özünün şimal və cənub cinahlarını sabit saxlamağa çalışır. Ruslar artıq Avdeyevkadan şimal-qərbdə yerləşən Novobaxmutsk və Solovyov rayonlarında bunu qismən edə biliblər. Beləliklə, Rusiya ordusu Ukraynanın başlıca müdafiə xəttini zəbt olunan Avdeyevkanın qərb tərəfindən keçməyə çalışır.

Yeni döyüş metodları

Amerikan silahlarının bizə necə kömək edəcəyini bilmək üçün ilk növbədə hərbi-texniki baxımdan döyüş meydanında nələrin baş verdiyini anlmalıyıq. Biz Rusiya PUA-larının cəbhədə çoxalmasını görürük. Məsələn, artıq ruslar ”A-50” təyyarəsinin köməyil ilə bütün gün ərzində hava məkanını müşahidə edə bilmirlər və ona görə də kəşfiyyat məlumatsızlığı ilə qarşılaşıblar. Nəticədə Rusiya ordusu daha çox kəşfiyyat dronlarından istifadə etməyə çalışır. Bu dronlar daha dərinlərdə kəşfiyyat aparmaq qabiliyyətində deyillər, onlar əsasən Ukrayna Silahlı Qüvvələrinin birinci və ikinci müdafiə xətlərində kəşfiyyat aparmaq üçün istifadə olunur.

“FPV” tipli hücum dronlarına gəldikdə isə, işğalçılar orta hesabla gün ərzində 150 ədəd bu cür dron istifadə edirlər. Hərdən elə günlər olur ki, dronların sayı 300-ə çatır, amma ortalama gün ərzində 150-200 ədəd “FPV” drondan istifadə edirlər.

Ukraynanın“FPV” dron zərbələrinə qarşı Rusiya hərbçiləri öz texnikalarını, xüsusən də tanklarını möhkəmləndirirlər. İnternetdə və sosial şəbəkələrdə rus tankaları üzərində kustar üsulla örtük zireh quraşdırlması ilə bağlı çoxsaylı videolara rast gəlmək olar. Bu tanklar daha çox “tırtıl üstündə anqar”ı xatırladır və çox komik görünür. Lakin hər halda bu, Ukraynanın “FPV” dron operatorları üçün ciddi problemə çevrilib. Hətta tankın üstünə primitiv üsulla quraşdırılmış metal zireh və antenna standart “FPV” dron vasitəsilə hədəfi vurmağı çətinləşdirir, onlara qarşı hücumu praktik olaraq imkansız edir.

Ukrayna hərbçiləri yeni döyüş metodlarına necə uyğunlaşmaq barədə düşünürlər. Döyüş fəaliyyətləri ilə bağlı keçmiş təcrübələr göstərir ki, hətta düşmənin hərbi taktikasında daim yeniliklər baş versə də, Ukrayna hərbçiləri həmişə buna qarşı effektiv üsullar tapıblar.

Qeyd etmək lazımdır ki, hələ döyüş meydanında “FPV” dronlardan istifadə edilənə qədər tank kolonunun qarşısı minalar, Tank Əleyhinə Raket Kompleksləri, artilleriya və aviasiya vasitələri ilə alınırdı. Təəssüf ki, müxtəlif səbəblərə görə indi aviasiyadan istifadə etmək imkansızdır, amma mina basdırmaq, tank əleyhinə raketlərdən və artilleriyadan aktiv istifadə metodları davam edir.

İnternetdə dronların Rusiyanın tank və zirehli texnikalarına hücumunu göstərən yüzlərlə video var. Amma maraqlıdır ki, dronların hərəkətdə olan tankalara hücumunu əks etdirən videomateriallara az rast gəlinir. Videoların əksəriyyətində görürük ki, dronlar zərbə nəticəsində dayanmış tankları vururlar. Onda sual meydana gəlir: Əgər dronlar əsasən dayanmış texnikanı vurursa, bəs bu tank kolonlarının hərəkətini kim durdurur? Cavab aydındır. Burada əsas rolu ərazinin minalanması, artilleriya atəşi və Tank Əleyhinə Raket Komplekslərinin zərbələri oynayır. Yaxşı olar ki, diqqətlər təkcə Ukrayna güclərinin bu il bir milyon dron alacağına yox, həmçinin digər silahlara da yönəldilsin. Hərçənd ki, artilleriya ilə bağlı vəziyyət kifayət qədər aktiv müzakirə olunur, Tank Əleyhinə Raket Komleksləri və tank əleyhinə minalar barəsində isə az danışılır.

Digər tərəfdən, ruslar öz “anqar-tank”ları ilə prinsipial olaraq yeni bir şey etməyiblər. Bu onu göstərir ki, onların Hərbi Sənaye Kompleksi Ukrayna dronlarından qorunmaq üçün səmərəli texniki yenilik yarda bilməyiblər. Müharibənin üçüncü ilində rusiyalılar çox adi tədbirlər həyata keçirirlər. Onlar dəmir təbəqəsi, armatur və qaynaq aparatı vasitəsilə tankı kustar şəkildə möhkəmləndirməyə çalışırlar.

Tank Əleyhinə Raket Kompleksi ilə silahlanmış təcrübəli döyüşçü bu cür “möhkəmləndirilmiş” tankı tırtıl üzərindəki tabuta çevirəcək. Rusların modernləşdirilmiş “tank tabutu”na qarşı biz yoxlanılmış və daha effektli metodlardan istifadəyə qayıdacağıq. Rusiya ordusu “anqar-tank”larla Ukraynanın mövqelərinə “banzay-hücum” adlandırılan hücuma keçməyə cəhd edirlər.

Amerikanın yardım zərfi barəsində

İndi də gəlin ABŞ-nin 1 miyard dollar həcmindəki hərbi yardım zərfinə nələrin daxil olduğuna baxaq.
- 155 və 105 millimetrlik artilleriya mərmiləri;

- 60 millimetrlik minaatan mərmiləri;

- Hava hücumu əleyhinə “RiM-7” və “AiM-9M” raketləri;

- Daşına bilən “Stinger” Zenit-Raket Kompleksləri;

- PUA-larla mübarizə üçün 12,7 millimetrlik güllələr də daxil olmaqla atıcı silahlar;

- “HIMARS” Yaylım Atəş Sistemi üçün raketlər;

- “International MaxxPro” və “HMMWV” (High Mobility Multipurpose Wheeled Vehicle ) zirehli maşınları;

- “M2A2Bradley” Piyadaların Döyüş Maşını;

- Təchizat təminatı və taktiki istifadə üçün avtomobillər;

- “TOW”, ”Javelin” Tank Əleyhinə Raket Kompleksləri və “AT-4”tank əleyhinə qumbaraatanlar;

- “JDAM”(Joint Direct Attack Munition) yüksək dəqiqlikli aviabombalar;

- Aerodromlar üçün yardımçı avadanlıqlar;

- Minalar, müxtəlif sursatlar və digər avadanlıqlar.

Məlumdur ki, silahlarn bütün siyahısı ictimai müstəviyə çıxarılmayıb, amma biz rusların “ət hücumları”nın qarşısını ala biləcək artillerya, minalar və Tank Əleyhinə Raket Komlpesi kimi komponentlərin vaciblyini görürük.

Qarşıda duran ilkin tapşırıq rusların bu hücum kütləsinin qarşısının alınmasıyla yanaşı, işğalçıların yeni hücumlarına hazılaşmaqdır. Rusiya ordusu diktator Vladimir Putinin 7 mayda keçiriləcək inauqurasiyasından sonra iri miqyaslı hücuma keçməyi planlaşdırır.

Zaman keçdikcə döyüş meydanındakı dinamikadan asılı olaraq, Ukrayna ordusu üçün hansı əks-hücum perspektivinin açılacağını söyləmək mümkün olacaq”.

XƏBƏR LENTİ