Sabiq bank əməkdaşı olan qadına hökm oxundu

702 26-01-2018, 12:45 cemiyyet / gundem

Sabiq bank əməkdaşı olan qadına hökm oxunduDələduzluqda təqsirləndirilən qadın hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Vəfa Qurbanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Vətəndaşdan 156 min manat alaraq qarşılığında ona açağı kursla dollar verəcəyini vəd edib.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Hökmə əsasən V.Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində azyaşlı övladı olduğu üçün hökmün icrası övladının 14 yaşı tamam olanadək təxirə salınıb.

V.Qurbanova sabiq bank əməkdaşıdır.

Xeberdar.net

XƏBƏR LENTİ