“Taliban” azı 25 hərbçini qətlə yetirdi

715 24-02-2018, 15:43 dunya / gundem

“Taliban” azı 25 hərbçini qətlə yetirdiƏfqanıstanın cənub-qərbində Fərəh vilayətində “Taliban” ın silahlıları hərbi bazaya hücum ediblər.

Hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb.

Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib. Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.(Oxu.Az )

XƏBƏR LENTİ