“Yoxa çıxmış” 450 minin 100 minlik etirafı – İmişlidəki oğurluqla bağlı yeni təfərrüatlar

631 28-03-2018, 10:14 siyaset / gundem

“Yoxa çıxmış” 450 minin 100 minlik etirafı – İmişlidəki oğurluqla bağlı yeni təfərrüatlar
“Mən 450 min azn-nin yalnız 100 min manatı dəyərində zinət əşyalarını Bakıda fəaliyyət göstərən lombardlardan birinə qoyub, əvəzində 100 min azn pul götürmüşəm. Həmin pula isə qardaşıma Bakı şəhərində ev almışıq. Qalan 350 min manatdan isə mənim xəbərim yoxdur”

İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumata əsasən “İmişlidə film kimi oğurluq – 450 min manat…” adlı məlumatın ötən günkü dərcindən sonra redaksiyaya həmin hadisə ilə bağlı yeni məlumat daxil oldu Mənbənin verdiy məlumatda qeyd edilirdi ki, rayon mərkəzində yerləşən qızıl – brilliyant mağazasından 450 min manat dəyərində zinət əşyaları yoxa çıxıb. Nurməmməd və Səbahət Qafarov qardaşlarının, eyni zamanda Ələddin (soyadını dəqiqləşdirə bilmədik – Conflict.az) adlı şəxsin şərikli işlətdikləri mağazadan oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar İmişli rayon polis şöbəsində cinayət işi başlanılıb.
“Yoxa çıxmış” 450 minin 100 minlik etirafı – İmişlidəki oğurluqla bağlı yeni təfərrüatlar
Şəriklər uzun illərdir mağazada satıcı işləyən Bəsti adlı qadından şübhələnduklərin iddia etsələr də, kamera görüntülərində hər hansl oğurluq faktı qeydə alınmayıb. Satıcının bildirdiyinə görə şəriklər artıq 3 ildir ki, mağazada hər hansı daxili yoxlama aparmayıblar. “Onlara daxili yoxlamanın zəruri olduğunu dəfələrlə desəm də, biz dostuq və bir – birimizə etibar edirik söyləyirdilər” – deyə bildirən satıcı, nəhayət ötən gün cinayətini etiraf edib. “Mən 450 min azn-nin yalnız 100 min manatı dəyərində zinət əşyalarını Bakıda fəaliyyət göstərən lombardlardan birinə qoyub, əvəzində 100 min azn pul götürmüşəm. Həmin pula isə qardaşıma Bakı şəhərində ev almışıq. Qalan 350 min manatdan isə mənim xəbərim yoxdur” - deyə bildirən satıcı ötən gün polisə verdiyi təkrar izahatında bunları söyləyib. Xatırladaq ki, hadisə ilə bağlı İmişli RPŞ-də müvafiq araşdırmalar davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

XƏBƏR LENTİ