20 ildir asfalt yola həsrət qalan küçə - Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto

20 ildir asfalt yola həsrət qalan küçə - Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto[h3][/h3]Bakıda asfalt yola həsrət qalan qəsəbələrdən biri də Suraxanı rayonu ərazisindəki Yeni Suraxanı kimi tanınan qəsəbədir. Hələ 1990-cı illərdə əsası qoyulan qəsəbənin yolları 20 ilə yaxındır ki, bərbad vəziyyətdədur.

“AzPolitika.info”-ya müraciət edən qəsəbə sakinləri xüsusilə də Samir Əliyev küçəsində vəziyyətin acınacaqlı olduğunu bildirirlər. Dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və digər müvafiq dövlət qurumlarına müraciət etmələrinə rəğmən qəsbənin yolları təmir edilmir. Sakinlər bildirirlər ki, xüsusilə qış aylarında vəziyyət dözülməz həddə çatır, uşaqların məktəbə getməsi müşkülə çevrilir. Şəxsi avtomobili olmayanların küçələrdə hərəkəti mümkünsüz olur.

Qeyd edək ki, Yağıntı olan kimi həmin yollarda nəinki piyada, hətta avtomobillə də hərəkət etmək çətin olur. Sakinlər deyirlər ki, yağıntı çoxalanda onların çoxu bir neçə günlük ərzaqlarını alırlar ki, suyun, palçığın içində mağazaya getməyə məcbur qalmasınlar.

Prezidentin ölkə ərazisində yol çəkilişinə böyük diqqət ayırdığını vurğulayan qəsəbə sakinləri tezliklə Yeni Suraxanıya, xüsusilə də Samir Əliyev küçəsinə asfalt yol çəkilməsini ölkə başçısından xahiş edirlər. Çünki digər qurumlara etdikləri müraciətlərə məhəl qoyan yoxdur.

20 ildir asfalt yola həsrət qalan küçə - Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto
20 ildir asfalt yola həsrət qalan küçə - Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto

20 ildir asfalt yola həsrət qalan küçə - Suraxanı rayonu Samir Əliyev küçəsi + Foto

  • 21-11-2019, 09:00
  • 468


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI